Bəzi müəllimlər dərsliklərdə olan anlayışları özləri də başa düşmür - DİM sədri

12:12 | 01.07.2024
Bəzi müəllimlər dərsliklərdə olan anlayışları özləri də başa düşmür - DİM sədri

Bəzi müəllimlər dərsliklərdə olan anlayışları özləri də başa düşmür - DİM sədri

Bəzi müəllimlər dərsliklərdə olan anlayışları özləri də başa düşə bilmir. Bu barədə report Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadəyə istinadla yazıb. 
 
"Əvvəllər valideynlər öz öyrəndiyi təhsil proqramına uyğun olaraq övladlarına dərslərdə kömək edə bilirdi. İndi məzmun dəyişib və ortaya repitorlar çıxıb. Bəzi müəllimlər ibtidai siniflərdə bir sıra anlayışları özləri də anlamırlar, o ki qaldı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır", - Abbaszadə iyulun 1-də keçirilən  VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
 
Son PİSA nəticələrinə görə Azərbaycanda 60-70% şəxs oxuduğunu anlamır. 
 
Təhsil ekspertləri isə bu səbəbin dərsliklərin məzmun dilinin qəliz olması ilə əlaqələndirir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM