Bəzi seçki dairələri ilə bağlı tədbirlər görülüb - MSK

16:18 | 02.07.2024
Bəzi seçki dairələri  ilə bağlı tədbirlər görülüb - MSK

Bəzi seçki dairələri ilə bağlı tədbirlər görülüb - MSK

Bəzi seçki dairələrinin  seçki məntəqələri  üzrə  tədbirlər görülüb. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rözvət Qasımov deyib.
 
"1 saylı Şərur, 2 saylı Şərur-Kəngərli, 11 saylı Binəqədi, 22 saylı Nəsimi, 31,32,33,35 saylı Xətai və digər dairələr üzrə əlavə tədbirlər görülməsinə ehtiyac yaranıb. Bunu vacib edən əsas səbəb aparılan monitorinqlərin nəticəsidir. Məqsəd seçicilərin rahatlığını təmin etməkdir”, - o bildirib.
 
Onun sözlərinə görə,  ölkə üzrə həyata keçirilən monitorinqlər zamanı 24 dairənin 50-dən çox məntəqəsində müəyyən müvafiq tədbirlərin görülməsinə ehtiyac yarandığı aydınlaşıb.

Bu dairələr 1, 2, 11, 22, 30, 31, 32, 33, 34, 35, 36, 67, 68, 70, 71, 86, 96, 97, 103, 113, 117, 120, 123, 124 seçki dairələridir.

Bu dairələrdə yerli və digər şəraitlər nəzərə alınmaqla seçicilər üçün maksimum şərait yaradılmasına qərar verilib.
 
Amma sədr müavini hansı səbəbdən və nə kimi tədbirlərin görüldüyü barədə əlavə məlumat verməyib.  
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM