• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Dövlət Neft Fondunun "Şahdəniz"-dən əldə etdiyi gəlir kəskin azalıb

Dövlət Neft Fondunun
04.07.2024 15:32
2024-cü ilin ilin ilk altı ayında Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağının istismarından  244,069 milyon dolları  gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə azdır.  Bu barədə SOFAZ məlumat yayıb. 

Bu ilin ilk 6 ayında Neft Fonduna "Şahdəniz”dən daxil olan vəsaitlərin 60,784 milyon dolları qaz kondensatın payına düşüb. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə  3,5 dəfə azdır.

2023-cü ilin birinci yarısında  SOFAZ-a  "Şahdəniz” yatağının istismarından daxil olan gəlir 1 milyard  dollar, qaz kondensatının satışından gələn gəlir isə 210,9 milyon dollar  təşkil edib.
 
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
 
 Bakıdan 70 km cənub-şərqdə yerləşən bu yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

"Şahdəniz” üzrə iştirak payları layihəsində BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi” (21,02 %) şirkətləri paya malikdir. 
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
İqtisadiyyat 07:30
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol