Hindistanda qadınların zorlanmasının qarşısını almaq üçün hökumət maraqlı üsula əl atıb.
ANS PRESS-in məlumatına görə, qadınların ən çox təcavüzə məruz qaldığı Goa əyalətində qadınların çimərliklərdə bikini, barlarda isə mini ətək geyinməsi qadağan edilib. Qadağanın edilməsinə səbəb kimi adıçəkilən əyalətdə qadınların daha çox zorlanması göstərilib.
Qeyd edək ki, Hindistan qadınların tez-tez təcavüzə məruz qaldığı ölkələrdən biridir. BMT-nin 2013-cü ilə aid hesabatında qeyd edilən statistikaya görə, Hindistanda kişilərin 25%-i qadınları zorladığını etiraf edib. Hazırda isə Hindistan hökuməti bunun qarşısını almaq üçün bir sıra tədbirlər görür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !