Bir güləşçimiz Avropa çempionu oldu, üçü gümüş medal qazandı

23:52 | 29.03.2022
Bir güləşçimiz Avropa çempionu oldu, üçü gümüş medal qazandı

Bir güləşçimiz Avropa çempionu oldu, üçü gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

97 kq-da çıxış edən güləşçimiz finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.

Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti