Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısına atılan körpə oğlanın evdə doğulduğu məlum olub.
ANN.Az xəbər verir ki, RMX-dan "Report”un Qarabağ müxbirinə verilən məlumata görə, körpənun üzündə göyərmələr və digər zədələr doğuş zamanı yaranıb.
Hazırda xəstəxananın doğum şöbəsində olan körpənin vəziyyəti yaxşıdır.
"Onun çəkisi 2,5 kq, boyu isə 42 sm-dir. Müvafiq sənədləşmə işlərindən sonra körpə Gəncədəki uşaq evinə veriləcək”, - xəstəxanadan bildirilib.
Qeyd edək ki, körpə təxminən bir həftəlikdir.
XXX
Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş oğlan uşağı tapılıb.
ANN.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 11-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.
Araşdırma aparılır.
Bizi sosial şəbəkələrdə izləyin !