Ötən əsrin 60-cı illəri renessans və milli mədəniyyətimizin ən parlaq dövrü hesab edilir. Bu fikir dəfələrlə səsləndirilib. Və bir çox nümunələr də bunu sübut edir. Amma şübhəsiz, bu dövrün parlaqlığının səbəbi ötən dövrün parlaq və istedadlı insanları oldular. O dövrdə insanlar, yüksək mədəniyyət, tərbiyə, istedad və ən vacibi olan insani keyfiyyətlər həmin dövrü fenomenal etdi və öz təqlidedilməz əsərləriylə bizim mədəniyyətimizin tarixində silinməz iz qoydu, o dövrü gələcək nəsillər üçün etalona çevirdi. Təəccüblü deyil ki, o dövrün insanlarıyla bir çox əfsanəvi xatirələr bağlıdır, əsl dostluq və möhkəm münasibətlər barədə bir çox hekayələr... Belə hekayələr arasında iki insanın münasibətlərini qeyd etmək olar, onlar 50-60-cı illərdə həqiqi dostluğun nümunəsi oldular. Bu insanlar – şair Ənvər Əlibəyli və cərrah İbrahim Topçubaşovdur. Pasiyent və həkim arasında adi münasibətlər sonradan möhkəm, isti dostluq münasibətlərinə keçdi.1960-cı ilin yanvar ayı. İki dost – Ənvər Əlibəyli və İbrahim Topçubaşov – ailə tədbirlərindən birində maraqlı hadisənin iştirakçısı oldular. İbrahim Topçubaşov fortepiano arxasında oturdu və yeni melodiya ifa etməyə başladı. Ənvər Əlibəyli vaxt itirmədən, qələmini götürüb, öz dostuna yaxınlaşdı, əlüstü hansısa qeydlər etdi. Ənvər Əlibəyli yazmağa imkan tapdığı sətirləri dostuna göstərdi. Və İbrahim Topçubaşov bu sətirləri zümzümə edərək ifa etməyə davam etdi. Beləliklə, o gün masa arxasında oturmuş qonaqlar Ənvər Əlibəyli və İbrahim Topçubaşovun yeni birgə mahnısının doğuluşunun şahidi oldular. Əlbəttə, onlardan heç kəs bu mahnını gələcəyinin nə qədər parlaq olacağını heç təsəvvürünə də gətirməzdi. Bu gün də məhz, dinləyicini laqeyd qoymayan "Söz olmasaydı" mahnısının tarixçəsi haqqında danışacağıq.Ənvər Əlibəyli - lirik poeziyanın ən parlaq nümayəndələrindən biridir. O, milli mədəniyyətimizin sərvəti olmuş bir çox musiqi mətnlərinin müəllifidir. "Sevgilim", "Zibeydə", "Ağacda leylək", "Gəlmədin", "İlk məhəbbət" və başqa mahnılar. Ənvər Əlibəyli elə dövrdə yaşayırdı ki, incəsənətin başqa janrları üçün, həm də mahnı üçün qızıl dövr idi. O zaman Ənvər Əlibəyli "Ədəbiyyat" qəzetinin redaktoru idi. O, bir çox məşhur və istedadlı bəstəkarlarla işləyirdi. Deyirlər, o, mahnılar üzərində həmişə bəstəkarlarla birlikdə çalışar, onlarla birlikdə musiqiylə sözlərin harmoniyasını yaradardı. Onun şeirləri kimi, müəllif çox gülərüz, səmimi və xeyirxah insan idi. Ənvər Əlibəyli ağır və doyumlu həyat yaşayıb. Keçmiş hərbçi idi, o, vətən müharibəsində iştirak etmişdi, topçu zabit və qəhrəman olmuşdur. Ancaq, bütün bu illər ərzində o, ailəsinə və onu gözləyən sevimli xanımı Şövkətdən ayrılmadı. Bu sevgiyə uzun illər vəsilə karandaş və kağız olmuşdu. Əbəs yerə deyil ki, Əlibəyli ailəsinin dostları həmişə Ənvər Əlibəyli ilə xanımı arasında olan sevgini nümunə göstərirdilər.İbrahim Topçubaşov və Ənvər Əlibəylini möhkəm dostluq telləri bağlayırdı. İbrahim Topçubaşov Ənvər Əlibəyli üçün yalnız həkim deyildi, həm də doğma insan idi. Onlar ruhən bir-birinə çox yaxın idilər. Əlbəttə, yaddaşlara həkk olunmuş məhz belə möhkəm dostluq haqqında xatirələr sayəsində onların uşaqları gözəl ailələr qurdular və bizi bu günə kimi sevindirən əsərlər də məhz bunun sayəsində qaldı.Onlar tərəfindən yazılmış əsərlər arasında - "A Dilbər", "Karvan", "Xəzərim", "Ərəb qızına", "Narınc", "Bakı haqqında mahnı", "Axtar məni", "Nə bəxtəvəriydik" və bitməmiş pyes var.Nəhayət, bir az vaxt keçdikdən sonra, mahnı geniş auditoriyaya yayıldı. 1960-cı il 19 martda Şövkət Ələkbərova "Söz olmasaydı" mahnısını ifa etdi, sonra isə lentə yazdırdı. Bu mahnı Şövkət Ələkbərovanın ifasında televiziya və radioda səsləndirildi. Şövkət Ələkbərova da Əlibəyli ailəsinin dostu idi. Və heç bir ailə tədbiri Şövkət Ələkbərova olmadan keçmirdi. Bu səbəbdən təəccüblü deyil ki, "Söz olmasaydı" mahnısının ilk ifaçısı məhz Şövkət xanım oldu. 1961-ci ildə "Söz olmasaydı" mahnısının lent yazısı Parisdə plastinkada milyonluq tirajla yayıldı. Parisdən bu plastinkalar bütün dünyaya yayıldı və dünya belə bir musiqinin varlığından xəbər tutdu.Bir il sonra mahnının ikinci ifaçısı meydana çıxdı. Bu şəxs Şövkət Ələkbərovanın həmkarı və yaxın dostu Gülağa Məmmədov idi. 1961-ci il fevralın 8-də Gülağa Məmmədovun ifası xalq çalğı alətlərinin müşayiəti ilə fonovalikə yazıldı.Mahnının üçüncü ifaçısı 1962-ci ildə, Asəf Zeynallı adına orta musiqi məktəbin məzunu, Seyid Şuşinskinin tələbəsi, gənc müğənni Elmira Əliyeva oldu.Ancaq o zamanlar qeyri-rəsmi ifalar da olmuşdu. «Söz olmasaydı» mahnısını Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova və digər müğənnilər də ifa ediblər. Bu müğənnilər mahnını yalnız müxtəlif tədbirlərin səhnəsində ifa ediblər.Bu mahnının müasir ifaçıları da var. Həm estrada, həm də xalq musiqisi ifaçıları «Söz olmasaydı» mahnısına müraicət edirlər. Səkinə İsmayılova, Könül Xasıyeva, Almaz Orucova, Nəzakət Teymurova, Mələkxanım Əyyubova bu mahnının ifaçıları sırasına daxildirlər.2002-ci il və «Söz olmasaydı». Mahnını məşhur xanəndə Mənsum İbrahimov oxuyur. O, mahnıya yeni həyat verir və muğam həvəskarlarının diqqətini bu mahnıya cəlb edir.Bu mahnı bizim hər birimiz üçün doğmadır. Çünki səmimi mahnıdır. Və hər bir dinləyici bu mahnıda özünü tapacaqdır.
Hazırladı Aliyə HaqverdiMaterialın hazırlanmasında Azərbaycan İctimai Televiziyasının məlumatlarından istifadə edilmişdir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !