• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Bir uşağın məktəbəqədər illik xərci 4200 manata başa gəlir

Bir uşağın məktəbəqədər illik xərci 4200 manata başa gəlir
20.11.2024 17:46
Bir uşağın məktəbəqədər hazırlığa cəlb olunması il ərzində 4200 manata başa gəlir.  Bunu elm və təhsil naziri Emin Əmrllayev deyib. 
 
"Bir uşağın bir il məktəbəqədər hazırlığa cəlb olunması 4200 manata başa gəlir. Ortada hər il orta hesabla 120 min uşaq doğulur. Yarım milyon uşağı məktəbəqədər təhsillə əhatə etmək istəyiriksə cari il xərclərimiz üçün 2 milyard manat hesablamalıyıq. Bu real görünürsə bunu müzakirə etməyə dəyər. Ona görə də alternativ modellərdən danışmalıyıq. Bağçada bir yerə görə xərclənən investisiya xərci təxminən 20 manatdır. 100 nəfərlik bağça təxminən 200 milyon məbləğində investisiya tələb edir. Bu kifayət qədər böyük xərclərdir. Nazirlik alternativ modellərdən istifadə etməklə məktəbəqədər təhsilin əhatəliyini artırmağa çalışır", - nazir Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı deyib. 
 
Nazir bildirib ki, növbəti il daxil olmaqla uşaqların məktəbəqədər təhsilə cəlb olunması 16%-dən 40%-ə çatdırılması planlaşdırılır. 
 
Əmrullayev vurğulayıb ki, növbəti islahatlardan biri ananın işləməsini nəzərə alan məsələnin müzakirəsi ola bilər. 
 
Nazir əlavə edib ki, hazırda 30 min uşaq məktəbəqədər prosesə cəlb olunmaq üçün növbə gözləyir. Əmrullayev bunu zamanında düzgün sistemin qurulmaması ilə əlaqələndirib. 
 
"2016-ci ildən tətbiq olunan məktəbəhazırlıq modeli tətbiq olunur ki, orada bir uşağa xərclənən dövlət maliyyəsi ənənəvi bağçadan 10 dəfə ucuzdur. Ona görə də bu faizi 90%-ə çatdıra bilmişik. Uşağın bir il hazırlığa getməyi çox vacibdir. Məktəbəqədər təhsil müəssisəsinə uşağı saxlama yeri kimi baxmaq olmaz. Bura təhsil müəssisəsidir", - nazir bildirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol