Bitkoinin bazar payı yüksəlməyə başladı

17:42 | 27.12.2017
Bitkoinin bazar payı yüksəlməyə başladı

Bitkoinin bazar payı yüksəlməyə başladı

Bitkoinin bazar payı 45, 22 faiz-ə çatıb. Qeyd edək ki, dünən həmin göstərici 44,11%-ə bərabər olub.

Anews.az xəbər verir ki, kriptovalyutanın bazar dəyəri dünən 260 milyard dollardan 273 milyard dollaradək yüksəlib. 

Həftəlik 5,03% ucuzlaşan bitkoin gündəlik 2,62% bahalaşıb. Hazırda bitkoin 15, 485 dollar təşkil edir. 

Ethereumun dəyərində isə ucuzlaşma davam edir. Bu kriptovalyuta 738 dollar, bazar dəyəri 74,84 milyard dollardır. 

Ripple isə 62 faiz bahalaşmaqla həftəyə damğasını vurub. 1 Ripple 1.08500 dollar təşkil edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM