• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Bitkoinin qiyməti bahalaşıb ən yüksək həddə çatdı

Bitkoinin qiyməti bahalaşıb ən yüksək həddə çatdı
13.10.2020 21:30
Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bugünkü hərraclarda sentyabr ayının əvvəlindən etibarən ən yüksək həddədək bahalaşıb.

Anews.az "CoinMarketCap”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10.46-da bitkoin 0,68 faiz bahalaşaraq 11.473 ABŞ dollarından, ən çox kriptovalyuta satılan "Binance” birjasındakı hərracda isə 1,15 faiz bahalaşaraq 11.472 dollardan satılıb. Bundan əvvəl buitkoin 2 sentyabr tarixindən sonra ilk dəfə 11.700 dollar səviyyəsinə çatmışdı.

Dünya kriptovalyuta bazarının 58,4 faizi bitkoinin payına düşür.

"Binance”ın Rusiyadakı direktoru Qleb Kostarev "RİA Novosti”yə açıqlamasında bitkoinin bundan sonra da bahalaşacağını güman edib: "Micro Strategy", "Galaxy Digital" kimi şirkətlərin, Square ödənişlər platformunun külli miqdarda bitkoin ehtiyatlarına malik olmaları barədə xəbərlər iqtisadiyyatda hazırkı qeyri-müəyyənlik şəraitində əmanət vasitəsi kimi kriptovalyutalara marağın artmasından xəbər verir, həm də kriptinin qiymətinə müsbət təsir göstərir”.

Müstəqil ekspert Mansur Hüseynov isə daha təmkinli fikir bildirib: "Mövcud qiymətlər həssas hədd olan 11.550 ABŞ dollarına yaxındır və indi müvəqqəti də olsa 10.800 – 11.100 səviyyəsinə qayıtması mümkündür. Bazardakı artım davam etsə, növbəti həssas hədd 12.000 ABŞ dolları olacaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
İqtisadiyyat 17:43
Cəmi 1 AZN-lə bu axşam “Nar”dan möhtəşəm avtomobilə sahib ol!
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
İqtisadiyyat 17:12
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 16:59
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
İqtisadiyyat 10:41
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:30
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:27
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:48
Azərbaycan nefti ucuzlaşıb
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi
İqtisadiyyat 15:54
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi
İqtisadiyyat 15:42
Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol