FIFA prezidenti Zepp Blatter ali futbol qurumunun rəhbəri vəzifəsinə keçiriləcək seçkilərdə yenidən iştirak etməyi düşünür.
Z.Blatter səhhəti imkan verəcəyi təqdirdə seçkilərə qatılacağını bildirib: "İndiki kimi sağlam olsam, işimi dayandırmağa bir səbəb görmürəm".
FIFA prezidenti vəzifəsinə növbəti seçkilər 2015-ci ildə keçiriləcək. 77 yaşlı isveçrəli artıq 16 ildir ali futbol qurumuna rəhbərlik edir.
Təşkilatın baş katibinin sabiq müavini fransalı Jerom Şampan da namizədliyini irəli sürəcəyini deyib.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !