Blinken Yaxın Şərq ölkələrinə səfər edəcək

18:15 | 21.10.2024
Blinken Yaxın Şərq ölkələrinə səfər edəcək

Blinken Yaxın Şərq ölkələrinə səfər edəcək


ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 21-25-də regionda münaqişənin həllini müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfər edəcək.Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Blinken 2024-cü il oktyabrın 21-dən 25-dək İsrailə və Yaxın Şərqin digər ölkələrinə səfər edəcək. Dövlət katibi regionda olarkən Qəzzada müharibənin dayandırılması, bütün girovların azad edilməsi və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini müzakirə edəcək”, – Miller deyib.

Onun sözlərinə görə, səfər zamanı Qəzzanın mülki əhalisinə əlavə ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasının vacibliyini vurğulanacaq. Blinken ABŞ-ın gərginliyi azaltmaq və davamlı sabitliyi təmin etmək üçün regiondakı tərəfdaşları ilə işləmək öhdəliyini bir daha təsdiq edəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti