• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Qəzza 70 il öncəki vəziyyətə qayıdıb - BMT rəsmisi

Qəzza 70 il öncəki vəziyyətə qayıdıb - BMT rəsmisi
23.10.2024 15:05
İsrailin hücumu nəticəsində Qəzza zolağı inkişaf baxımından təxminən 70 il geriyə qayıdıb. Bu, beynəlxalq ekspertlərin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasının (ESCWA) "Qəzza müharibəsi: dövlət üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatının müəlliflərinin gəldiyi nəticələrdir.

BMT İnkişaf Proqramının Fələstin Əhalisinə Yardım Proqramının xüsusi nümayəndəsinin müavini Çitose Noquçi Cenevrədə keçirdiyi brifinqdə deyib ki,  Qəzza 70 il əvvəl, 1955-ci ildə olduğu inkişaf səviyyəsinə qayıdıb.

Anadolu-nun dərc etdiyi hesabata görə, son bir ildə  Qəzzada hər dörd nəfərdən üçü yoxsulluq içində yaşayır.

Qeyd olunur ki, 2023-cü il oktyabrın 7-dən başlayaraq Qəzzada yaxın tarixin ən böyük humanitar fəlakətlərindən biri baş verir. Mövcud vəziyyət misli görünməmiş sayda insan tələfatı, dağıntılar, ərzaq çatışmazlığı və kütləvi köçkünlərlə nəticələnib.

İsrailin Qəzza zolağında yardım paylanmasına sərt məhdudiyyətlər qoyması böhranı daha da pisləşdirib.

BMT xəbərdarlıq edib ki, baş verənlər bütün fələstinlilərin gələcəyi üçün təhlükə yaradır.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol