• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

"Bloomberg" manatdan yazdı

24.02.2015 17:46
"Regionun valyutaları düşməkdə davam edəcək. Təsəvvür edin ki, Avropa avronu qəbul etməsəydi və Almaniya valyutasını saxlmaqla ixrac rəqabətliliyini gücləndirsəydi, necə böhran baş verərdi. İndi belə bir böhranı izləmək üçün nadir imkan yaranıb. Avronu tənqid etmək yaxşı səslənir, ancaq bu valyuta avropalıları oxşar fəlakətlərdən qoruyur. Digər tərəfdən, postsovet ölkələrinin biri üçün valyuta şoku digərlərinə də şok yaradır."

ANS PRESS-in məlumatına görə, bunu "Bloomberg News"da Leonid Berşidsky adlı müəllif yazıb.

Müəllif bildirir ki, bu il dünyada ən pis göstəricisi olan beş valyuta postsovet məkanına aiddir. Bu siyahıya hələ Rusiya rublu aid deyil. Valyuta devalvasiyası ölkələr üzrə fərqlənir, ancaq ümumi bir problem də var: Rusiyada iqtisadi böhran və işğalçı siyasət. Post-sovet ölkələri iqtisadi baxımdan yenə də bir-birindən asılıdırlar, hətta Moskva ilə münasibətləri xoş olmayanlar belə...

O, ötən iki ayda ən çox düşən milli valyutalar sırasında rubl, gürcü larisi, Azərbaycan manatının olduğunu da vurğulayır: "Azərbaycanın problemi neft ixracatçısı olmasıdır. 2011-ci ildən saxlanan manat məzənnəsi getdikcə baha başa gəlirdi... Rusiya bu ölkənin əsas ixrac bazarı olmasaydı, devalvasiya da belə kəskin getməzdi. Ötən il ixrac kəskin düşdü, üçüncü rübdə düşüş 30 faiz idi."

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
İqtisadiyyat 12:13
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
İqtisadiyyat 11:40
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
İqtisadiyyat 09:50
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:17
Bu günə olan məzənnə açıqlanıb
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
İqtisadiyyat 15:13
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol