Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Report-a açıqlamasında bildirib.
"Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərdə COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq. Əminə Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək”, – sözçü bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !