Emənistan BMT TŞ-dən istədiyini ala bilmədi - Zülfüqarov

18:38 | 17.08.2023
Emənistan BMT TŞ-dən istədiyini ala bilmədi  - Zülfüqarov

Emənistan BMT TŞ-dən istədiyini ala bilmədi - Zülfüqarov

BMT Təhlükəsizlik Şurasının  (TŞ) 2023-cü il avqustun 16-da keçirilən iclasında Ermənistanın tələbi ilə  Azərbaycanın Laçın dəhlizindən  humanitar yüklərin Xankəndinə buraxılmaması məsələsi müzakirəyə çıxarlıb. Müzakirə gedişində yalnız Rusiya nümayəndəsi Azərbaycanı ciddi  tənqid edən çıxış edib, Türkiyə təmsilçisi isə ölkənin müdafiəsində durub. Digər ölkələrin nümayəndələri bitərəf mövqe sərgiləyiblər. Müzakirələrin nəticəsində hər hansı sənəd qəbul edilməyib. 

Azərbaycan Respublikası sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistanın bu iclasda heç nəyə nail ola bilmədiyini bildirib. 

"Təbii ki Ermənistan BMT-nin iclasında istədiklərinə nail ola bilmədi. Qaydalara görə, nəticə əldə eləmək üçün orada 3 növ sənəd qəbul olunmalı idi. Birincisi qətnamə, ikincisi sədrin bəyanatı, bir də mətbuat üçün açıqlama. Təkcə qətnamə qəbul olunsaydı bu da tövsiyyə xarakteri daşıyardı.  İkincisi sədrin bəyanatı çağırış üçün bir sənəddir. Mətbuat üçün açıqlamanın isə heç bir icra mexanizmi yoxdur. Bu baxımdan biz görürük ki, müxtəlif ölkələr müzakirə edib və  ikinci ya üçüncü şəxslər  ilə təmsilolunublar.  Yəni belə çox dərin olmayan müzakirələr olur və Ermənistan heç bir nəticə əldə eləmiyib. İndi Maltanın nümayəndəsinin hansısa fikri bizim üçün nə əhəmiyyət kəsb edə bilər. Yəni bu diplomatik baxımdan birmənalı məğlubiyyətdir, buna ayrı bir qiymət vermək olmaz”, - Tofiq Zülfüqarov vurğulayıb. 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri və beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Ermənistanın iclas sonunda  sanksiya tətbiqini  istədiyini  və ona da nail ola bilmədiyini bildirib. 

"Ermənistanın nail olmaq istədiyi sanksiya idi. Birinci Azərbaycan əleyhinə hər hansı sənəd qəbul olunsun, onun əsasında addım atsınlar. O da baş tutmadı. İkincisi suveren ərazini parçalamaq siyasətidir. Bu 1988-ci ildə olub. Yeni dünya ölkələrinin sivil dünyanın gözü qarşısında bir ölkənin daxilində bunlar separatizm hallarına beynəlxalq hüquqi donu geyindirmək istəyirdilər. Məsələ onun üzərindən idi və məncə bunun qətnaməsi keçsəydi, Fransa o zaman Qafqazda ciddi bir hərbi siyasi varlığa çevrilmiş olardı. Təkcə Azərbaycan üçün deyil Qafqazda marağı olan bir çox ölkənin Rusiya və Türkiyə kimi ciddi baş ağrısına çevrilmiş olardı. Amma görünür ki, onlar birlikdə ümumi müzakirələrdə Azərbaycanı tam dəstəklədilər və heç bir halda Ermənistanın qazancı olmadı, əksinə onların ələyhinə çevrildi”, - Əziz Əlibəyli deyib. 

Qabon, Braziliya, Fransa, Yaponiya, Qana, Albaniya, İsvəçrə, Ekvador, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik, Amerika Birləşmiş Ştatları, Azərbaycan və Türkiyədən olan spikerlər bildirib ki,  Ermənistan-Azərbaycan barışığı tanınmış beynəlxalq prinsiplər və Azərbaycan qanunları əsasında Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinə zəmanət və hüquqlarına riayət olunmasını tələb edib.

Türkiyə nümayəndəsi Sedat Önal isə bildirib ki, Ermənistanın Laçın Dəhlizi  ilə əlaqədar tələbləri ilə beynəlxalq platformalardan istifadə etməyə çalışır və bu narahatlıq yaradır. 

ABŞ nümayəndəsi və avqustda Şuranın sədri olan Linda Tomas-Greenfield humanitar vəziyyəti daha da ağırlaşdıran Laçın dəhlizinin bağlanması ilə bağlı narahatlığını ifadə etmək üçün öz milli statusunda çıxış edib. Ərzaq, dərman və körpə formulası əldə etmək heç vaxt girov olmamalıdır, deyən sədr, Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələrinin Qarabağın erməni  əhalisinə çata bilməsi üçün dəhliz vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırıb.
 
O həmçinin Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmağa çağırıb. "
 
Fransa nümayəndəsi Nathalie Broadhurst qeyd edib ki, Azərbaycan  Laçın dəhlizini bağlamaqla  Qarabağın erməni  əhalisini dünyanın qalan hissəsindən təcrid etməkdə davam edir. O, daha sonra vəziyyəti düzəltməyə çalışmaq üçün iyulda Ermənistan hakimiyyəti tərəfindən göndərilən humanitar yardım karvanının qarşısını almasını pisləyib. 

Digər ölkələrin nümayəndələri isə tərəfsiz qalıblar və dəqiq bir açıqlama etməyiblər. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM