"Ölkə.Az” borc bataqlığına düşən ulduzların siyahısını təqdim edir.
1.Nikolas Keyc
Müasir dünyanın ən qeyri-adi aktyorlarından biri sayılır. Aktyor külli miqdarda pul qazansa da, sərvətini çox bahalı əşyaların alınmasına xərcləyir. Keyc qədim bir qəsri də alıb. Bundan başqa adası da var. Bir gün Nikolas 14 milyon dollar borcunun olduğunu başa düşdü. O, əmlakını sataraq borcunu ödədi.
2.Lindsi Lohan
Lindsi çox bahalı əşyalara pul xərcləməyi sevir. Əgər oteldə qalırsa, ən bahalı nömrəni seçir. Bu, paltara və digər şeylərə də aiddir. Nəticədə Lindsinin 500 min dollar borcu yaranıb. Bir neçə il sonra isə banklar Lohanın hesablarını dondurdular. O, hətta Çarli Şindən də borca pul istədi.
3.Brendan Freyzer
1990-cı illərin məşhur aktyorudur. 2000-ci illərin əvvəlində iflas olduğunu açıqladı. Hətta ayda 200 min dollarla da borcunu bağlaya bilmədi.
4.Dreyk Bell
Filmlərə çəkilən əfsanəvi uşaq olub. İndi onun 500 min dollar borcu var. Dreyk iflas olduğunu açıqladı. Hazırda musiqi ilə məşğuldur.
5.Uesli Snayps
Ulduz müğənni hazırda borc bataqlığındadır. Onun 12 milyon dollar borcu var. 2006-cı ildə vergi fırıldaqçılığına görə saxlanılıb. O vaxtdan işləri pis gedir.
6.Lina Hidi
"Taxt oyunları” filmi ilə məşhurlaşıb. Boşandıqdan sonra iflas edib.
7.Ledi Qaqa
Məşhur müğənni 2009-cu ildə iflas olub. Daim bahalı kostyumlar aldığı üçün 3 milyon dollar borcu yaranmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !