Braziliyaya gedəcək 30 komanda bəlli oldu - Dünya Çempionatı

09:15 | 20.11.2013
Braziliyaya gedəcək 30 komanda bəlli oldu - Dünya Çempionatı

Braziliyaya gedəcək 30 komanda bəlli oldu - Dünya Çempionatı

Ötən gün baş tutan pley-off oyunlarından sonra Braziliyada keçiriləcək dünya çempionatına gedəcək daha 6 komandanın adına aydınlıq gəlib.Qol.Az-ın məlumatına görə, Avropa zonasından son 4, Afrika qitəsindən isə daha iki yığma mundiala vəsiqə qazanıb.Bununla da, dünya çempionatında iştirak edəcək komandaların sayı 30-a yüksəlib. Son iki vəsiqənin sahibinə bu gecə keçiriləcək Yeni Zellandiya - Meksika (İlk oyun - 1:5) və Uruqvay - İordaniya (İlk oyun - 5:0) qarşılaşmalarından sonra aydınlıq gələcək.Ümumilikdə isə Avropa zonasından 13, Cənubi Amerikadan 6, Şimali Amerikadan 2, Asiya qitəsindən 4 komanda, Afrikadan isə 5 yığma komanda dünya çempionatında iştirak etmək hüququ qazanıb. Avropa: İspaniya, Almaniya, İtaliya, Hollandiya, İngiltərə, Belçika, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Yunanıstan və Xorvatiya.Cənubi Amerika: Braziliya, Argentina, Kolumbiya, Çili, Honduras, Ekvador. Şimali Amerika: ABŞ və Kosta-Rika.Asiya: Yaponiya, Cənubi Koreya, Avstraliya və İran.Afrika: Kamerun, Nigeriya, Fil Dişi Sahili, Qana və Əlcəzair. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM