Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb

16:33 | 10.01.2025
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb

Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb

Böyük Britaniyanın anbarlarında qaz ehtiyatları  aşağı səviyyədədir, kəskin soyuqdan sonra bir həftədən az yanacaq qalıb. Bu barədə reuters yazıb. 

Yanvarın 9-na olan məlumata görə, ölkənin yanacaq ehtiyatları keçən illə müqayisədə 26% azdır, bu, "Böyük Britaniyanın bir həftəlik qaz ehtiyatının qaldığı anlamına gəlir".

Britaniya evlərini qızdırmaq üçün böyük ölçüdə qazdan istifadə edir, həmçinin elektrik enerjisi istehsal etmək üçün xeyli miqdarda yanacaq istifadə edir.

Bloomberg bu həftə mənbələrə istinadən xəbər verdi ki, Avropa qaz ehtiyatlarını son yeddi ildə heç vaxt olmadığı qədər sürətlə yandırır.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti