• $
  • £

Azərbaycan neftinin qiyməti 68 dolları keçib

Azərbaycan neftinin qiyməti 68 dolları keçib
24.01.2026 12:35

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,71 ABŞ dolları və ya 2,57 % artaraq 68,34 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 68,27 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,69 ABŞ dolları və ya 2,64 % artaraq 65,76 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
İqtisadiyyat 15:50
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
İqtisadiyyat 15:37
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
İqtisadiyyat 14:56
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
İqtisadiyyat 11:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
İqtisadiyyat 11:22
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
Золото и серебро подешевели на мировых товарных биржах
İqtisadiyyat 10:24
Золото и серебро подешевели на мировых товарных биржах
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:51
Dünya bazarlarında neft ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:45
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycan nefti 95.5 dollara satılır
İqtisadiyyat 09:14
Azərbaycan nefti 95.5 dollara satılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol