Brüssel görüşü nəticə vermədi - Paşinyan

12:00 | 20.07.2023
Brüssel görüşü nəticə vermədi - Paşinyan

Brüssel görüşü nəticə vermədi - Paşinyan

Brüselldə keçirilən Ermənistanla Azərbaycanın görüşü nəticəsiz qaldı. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
 
"İyulun 15-də Brüsseldə Avropa İttifaqına sədrlik və Azərbaycan prezidenti ilə üçtərəfli görüş keçirdim. Bu görüş, təəssüf ki, baş tutmadı. Laçın dəhlizinin
"açılması"və humanitar məsələlər barəsində hər hansı konkret nəticə olmadı”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib. 
 
O qeyd edib ki, beynəlxalq müdaxilə olmadan Bakı və Xankəndi arasında dialoq effektli ola bilməz.
 
İyulun 15-də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Şurasının rəhbəri Şarl Mişelin təşkilatçığı ilə Brüsseldə görüşü keçirilib.
 
Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib.

Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin "Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının suverenliyi altında və qanunları əsasında yaşaması məsələləri müzakirə edilən əsas mövzular olub. 

Ermənistan və Azərbaycan liderlərinin əvvəlki görüşü iyunun 1-də Kişinyovda keçirilib. Sərhədlərin delimitasiyası və sülh müqaviləsi müzakirə olunub.
 
Gülnar 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM