Oktyabrın sonunda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılan görüşü təxirə düşüb. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar deyib.
"Oktyabrın sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü vaxt azlığına görə baş tutmayacaq”, - o bildirib.
Görüşün imtaina edilməsi barəsində Rəsmi Bakı və İrəvandan hər hansı təsdiq xəbəri açıqlanmayıb.
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada Ermənistan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüşdə iştirakdan imtina edib.
Bundan sonra Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. ki, Azərbaycanın Qranadakı görüşündən imtina etməsi Ermənistanla danışıqlardan imtina etməsi kimi qiymətləndirmək doğru deyil.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !