"Eurovision" mahnı müsabiqəsini yalnız Azərbaycanın paytaxtında deyil, həm də əyalətlərdə də sevə-sevə izləyirlər. Elə təkcə Gəncədən Bakıya yeddi artist gəldi, onlar Gəncədə keçirilmiş kastinqdə qalib gəlmiş şəxslərdir."Böyük səhnə" respublika müsabiqəsində qələbəyə ən parlaq iddiaçı Ayşə Nağıyevadır, bu müsabiqənin sonunda münsiflər heyəti Azərbaycanın "Eurovision" nümayəndəsini müəyyən edəcək. Biz onunla Bakıda, "Böyük səhnə" müsabiqəsinin kulisləri arxasında görüşdük."Biz 9 yanvarda Gəncədə birinci turu keçdik və bizə final kastinqə dəvət olunduğumuzu dedilər. Biz çox şad idik. Gəncədə cəmi 40-50 nəfər yarışırdı” - Ayşə Nağıyeva deyir.- Sən hansı mahnılarla Bakıya gəldin?- Mən burada Britaniya qrupu “Queen”in ən sevdiyim mənim kompozisiyasını ifa edəcəm – "The Show Must Go On". Şou davam etməlidir. Bu qrup məni elə ruhlandırdı ki, mən onların mahnısını ifa etməyə bilməzdim. Mənim ikinci nömrəm – məşhur müğənni Riannanın "What now" sinqlıdır.
- “Queen”in kompozisiyasını ilk dəfə bu qrupun mərhum solisti Freddi Merkuri ifa edib. O, çox gözəl səsə malik idi, ən yüksək notları belə tuta bilirdi. Onun davamçıları, belə səsə malik olmadıqlarından, mahnının həmin bu zil yerindən qurtulmaq üçün, mahnının oktavasını orijinalda olduğundan aşağı götürürlər. Bəs sən bu çətin vəziyyətdən necə qurtulacaqsan?- Mən soprano registrində ifa edirəm. Əlbəttə, Merkuriyə çata bilmərəm. Amma məşhur kompozisiyanın öhdəsindən layiqli şəkildə gəlməyə çalışacam. İstənilən halda qadın səsinin tonallığı kişinin səsindən fərqlənir və mən belə düşünürəm ki, bu kompozisiyanı münsiflər heyətinin xoşuna gələcək qədər yaxşı ifa etməyi bacaracam. Çalışacam bütün qəlbimi ifama qoyum.
- Sizi kim müşayiət edəcək?- Belə hallarda, vokalistin səsinin olmaması şərtilə, internetdən orijinal instrumental trek olan minusovka yazılır. Yəni bizi, faktiki olaraq, “Queen” qrupunun özü müşayiət edir. Mən Riannanın mahnısını ifa edərkən isə, məni Riannanın instrumental kollektivi "müşayiət edəcək".
- Sizdən kastinqdə milli mahnı ifa etməyi tələb etməyiblər?- Təşkilatçılar iddiaçılara öz kumirlərinin kompozisiyasını oxumağı təklif etdilər. Milli mahnının ifasından söhbət belə getmirdi. Düşünmürəm ki, əgər belə bir tələb olsaydı, bu müsabiqədə iştirak edərdim. Mən özümü milli folklorda ifadə edə bilmirəm.
- Bəs xoreoqrafiya ilə vəziyyət nə yerdədir?- Bununla bağlı səhnədə problem olmayacaq, çünki mən rok janrında ifa edirəm, bununsa öz spesifik xoreoqrafiyası var. Riannanın kompozisiyası pop-rok tərzindədir, mən düşünürəm ki, bu xoreoqrafiya üslubu mənim gücüm daxilindədir. Xoreoqrafiya, səhnədə davranış, səhnə kostyumu – hər şey mənim tərəfimdən düşünülmüş və hazırlanmışdır.
- Bəs valideynlərin sənin seçimini necə qarşılaşdılar?- Bütün yaxın insanlar məni dəstəkləyirlər, xüsusilə də anam. Onlar uşaqlıqdan mənim musiqiyə sevgimi bilirlər və seçimimə mane olmaq niyyətində deyillər.
- Özündən danış. Səhnədən qorxmursan?- Mən Gəncədə müstəqil "Kəpəz" telekanalında işləyirəm, ona görə da səhnədən və birbaşa yayımdan qorxmuram. Moskva humanitar Akademiyasında oxuyuram. Musiqi təhsilim yoxdur, hazırda fortepianoda ifa dərsləri götürürəm. İlk dəfə səhnəyə 9 yaşımda çıxdım. Özümü peşəkar musiqi karyerasına həsr etmək fikrindəyəm.
- Sən Gəncədə məşhursan. İndi isə Azərbaycanı və sonra dünyanı fəth etmək niyyətindəsən?- Niyə də yox?!
Kamal ƏliANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !