• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bütün taksilərdə sayğac quraşdırılacaq

Bütün taksilərdə sayğac quraşdırılacaq
28.02.2014 14:27
"Ölkədə taksi fəaliyyəti ilə məşğul olan bütün avtonəqliyyat vasitələrinə sayğac quraşdırılacaq".Bunu APA TV-yə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün tək lisenziya keçərli deyil. Lisenziya alan şəxs avtonəqliyyat vasitəsini pos-terminalla və sayğacla təmin etməlidir. Bundan sonra sərnişinlər ödənişi nəğd pulla yanaşı plastik kartlarla da edə biləcəklər. Namiq Həsənov deyir ki, yeni qaydalar tam tətbiq olunandan sonra hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək: "Eyni zamanda lisenziya nömrəsi həmin taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitəsinin üzərinə yapışdırılmalıdır. Həmin yazı xüsusi formada dizayn olunmalıdır ki, digər maşınlardan fərqlənsin. Lisenziyasız fəaliyyət göstərən taksilər 100 manat, lisenziya şərtlərini pozanlar isə 50 manat məbləğində cərimə olunur. Eyni zamanda qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olursa və ya istifadə etdiyi nəqliyyat vasitəsi standartlara cavab vermirsə, o zaman həmin şəxslər taksi fəaliyyətindən kənarlaşdırılır". Əvvəllər ölkədə 20-25 min şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, hazırda bu rəqəmin 10-15 minə endiyini deyən Namiq Həsənov bildirib ki, paytaxtda bu göstərici 5 minə yaxındır: "Vergilər Nazirliyi ilə danışıqlar aparmışıq ki, yeni sayğac sistemi tətbiq edildiyi zaman müəyyən vergi ödəmələri həyata keçiriləcək. Hazırda sadələşdirilmiş vergi sistemindən istifadə edilir. Amma sayğac quraşdırıldıqdan sonra orda vergi hesablamaları görünəcək. Hələ ki, taksilərdə bu sistem tətbiq edilməyib". Yeni sistemə 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarınadək keçiləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol