Bu bank AMB-nin tələblərini pozub

16:32 | 28.03.2024
Bu bank AMB-nin tələblərini pozub

Bu bank AMB-nin tələblərini pozub

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sənaye Bankı” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib. Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, "Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması müəyyən edilib.

Belə ki, bank 2024-cü ilin fevral ayının sonuna təqdim edilən hesabatda Mərkəzi Bankın "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etməyib.

Nəticədə "Banklar haqqında” Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən "Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icras məcburi sərəncam verilib.

Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM