Baş nazirin 300 min manat dəyərində alacağı var
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan sərvətini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Ərdoğan prezident seçkilərində iştirak etmək üçün ölkənin Mərkəzi Seçki Komissiyasına öz sərvətinin siyahısını təqdim edib.
Baş nazirə məxsus olan daşınmaz əmlak sırasına Güneysu-Dumankaya bölgəsində 4 min dollar dəyərində torpaq sahəsi daxildir.
Ərdoğanın bank hesabında isə, 1 milyon dollar, 25 min funt sterlinq və 199 min ABŞ dollarının olduğu qeyd olunub.
Baş nazirin 300 min manat dəyərində alacağının olduğu bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !