İŞİD-in ələ keçirdiyi ərazilərin yeni xəritəsi yayılıb.
Avropa.info xəbər verir ki, yeni xəritədə Suriyadakı neft yataqları olan Rakka və Deyr Ez Zor və İraqdakı neft bölgələri olan Mosul və Bəycənin İŞİD qruplaşmasının nəzarətində olduğu göstərilir. Bundan başqa İŞİD yaxın şərqin ən böyük su qaynaqları olan Dəclə və Fərat çaylarını ələ keçirib.
İraqda hücumlarını davam etdirən İŞİD Suriya , İordaniya , Səudiyyə Ərəbistanı, İran və Türkiyə sərhədlərindəki bölgələri tutmaqla, Mosopotomiya da daxil olmaqla bütün sünni ərazilərinə nəzarət edir.
Suriyanın ən böyük şəhəri Hələbin şimalından başlayaraq Bağdadın 40 kilometrinə qədər sünni bölgələrdə dövlət qurduğunu elan edən İŞİD , Suriya və İraq arasındakı sərhədi də aradan qaldırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !