1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq keçirilir. Mayın 1-də şəhərlərdə böyük nümayişlər təşkil olunur, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilərdi. Elə o zamankı Sovet İttifaqının paytaxtına - Moskvaya, dünyanın bütün ölkələrindən qonaqlar dəvət olunardı. Lakin SSRİ-nin dağılmasından sonra 1 May bayramının keçirilməsi bəzi ölkələrdə ləğv edildi. Amma Rusiyada və bəzi digər respublikalarda hələ də 1 may bayramı, hər il keçirilməkdədir. Sovet İttifaqında və o zamanlar bu ittifaqa daxil olan Azərbaycanda da, bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Orta və yaşlı nəslin nümayəndələri, keçmiş sovet adamları, 1 May bayramını yaxşı xatırlayırlar.Azərbaycanda 1 May 1920-ci ildən başlayaraq, bayram günü kimi qeyd olunub. SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv edildiTarixdə bu bayramın keçirilməsi 1889-cu ilin iyulunda, Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. Mayın 30 günü var amma bu bayramı qeyd edən insanlar üçün 1 may daha önəmlidir.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !