• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Bu gün Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə baxacaq

Bu gün Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə baxacaq
25.07.2016 10:14
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

"Report”un xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.
Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
İqtisadiyyat 13:53
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
İqtisadiyyat 10:44
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
İqtisadiyyat 18:00
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
İqtisadiyyat 17:56
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
İqtisadiyyat 17:08
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
Azərbaycanın neft kəmərlərində itkilər artıb
İqtisadiyyat 17:05
Azərbaycanın neft kəmərlərində itkilər artıb
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
İqtisadiyyat 16:45
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
İqtisadiyyat 14:03
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol