Bu gün Laçın şəhəri günüdür

08:54 | 26.08.2023
Bu gün Laçın şəhəri günüdür

Bu gün Laçın şəhəri günüdür

Bu gün Laçın şəhəri günüdür.
 
Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd ediləcək.

Bu günün qeyd olunması Azərbaycan Ordusunun ötən ilin avqustun 26-da Laçın şəhərində yerləşməsi ilə əlaqədardır. 

Avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.Artıq bir ildir ki,Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Prezident İlham Əliyevə məruzə olunub.
Məruzəni Korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov edib:
"Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!”


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM