Bu gün qeydə alınan zəlzələ 51 saniyə davam edib - Qurban Yetirmişli

12:23 | 07.12.2023
Bu gün qeydə alınan zəlzələ 51 saniyə davam edib - Qurban Yetirmişli

Bu gün qeydə alınan zəlzələ 51 saniyə davam edib - Qurban Yetirmişli

Bu gün qeydə alınan zəlzələ 51 saniyə davam edib. Zəlzələnin hiss olunması isə 47 saniyəyə qədər olub. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb.  Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

"Əhali təhvişə düşməsin. Hündürmərtəbəli binalarda daha çox hiss olunub. Ümumiyyətlə zəlzələnin dərinliyindən çox şey asılıdır. Ocağın uzunluğu 6,58 km eni isə 5.49 km olub",- Xəzər dənizində baş verən zəlzələ ilə bağlı mətbuat konfransında deyib.
 
Dekabrın 7-də Bakıda və bir sıra ərazilərdə 5,6 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra hər hansı bir dağıntı və tələfat qeydə alınmayıb.
 
Aytac Zeynalova
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM