Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident

18:29 | 10.01.2023
Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident

Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident

2023-cü il Azərbaycanda orta əmək haqqı 900 manatdan çox olacaq. Bunu prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib.  
 
"Ünvanlı sosial yardım verilməsi istiqamətində ciddi şəffaflıq işləri aparılıb.Əvvəl bu istiqamətlərdə pozuntular aparılırdı. Hazırda 60 minə yaxın ailə ünvanlı sosial yardım alır. Bir ailəyə düşən müavinət təqribən 460 manat manat səviyyəsində müəyyənləşib. Bu məbləğin artırılması nəzərdə tutulub. Artımlar arasında orta aylıq əmək haqqı da nəzərdə tutulub. Bu il orta əmək haqqlarının da 900 manata çatmasını planlayırıq.  Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”, - prezident deyib. 

2023-cü il orta əmək haqqlarının 7.1 faiz artırılması nəzərdə tutulub.  Bu, "Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
 
2022-ci il Azərbaycanda orta əmək haqları 829 manat məbləğində müəyyən edilib. 
 
2023-cü il mimumum əmək haqqı isə 345 manat təyin olunub.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti