Papua Yeni Qvineya hakimiyyəti COP29 beynəlxalq konfrasına nümayəndə göndərməkdən imtina edib. Bu barədə ölkənin xarici işlər naziri Castin Tkaçenko bildirib.
Onun sözlərinə görə, bu qərarı Yeni Qvineya hökuməti "etiraz əlaməti olaraq” qəbul edib.
"İnsanlarımız iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən əziyyət çəkdiyi bir vaxtda biz artıq boş vədləri və hərəkətsizliyi qəbul etməyəcəyik", - o bildirib.
Nazir həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyət kiçik dövlətlər qarşısında maliyyə və mənəvi öhdəliklərini yerinə yetirmir.
"Biz artıq boş sözlər gözləməyəcəyik və xalqımızın əziyyət çəkməsinə tamaşa etməyəcəyik", - nazir əlavə edib.
COP29-da Bakı danışıqlarında 100-dən çox dünya liderinin iştirakı gözlənilir. Oktyabrən ortalarına olan məlumata görə, 61 prezident, 38 baş nazir və 2 vəliəhd COP29-da iştirakını təsdiq edib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !