Uruqvay Senatı narkotik ticarəti ilə bağlı qərar qəbul edib.
Qaynar.info xəbər verir ki, bu qərarla Uruqvay dünyada narkotik istehsalına, satışına və istifadəsinə özü nəzarət edən ilk ölkə olub.
Bir müddət əvvəl qanun Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi.
Hökumət bu qanunla narkotik ticarətçilərinin gəlirlərini azaltmaq və narkotika istifadə edən şəxslərin daha ağır maddələrdən uzaqlaşdırılacağını bildirib.
Narkotika almaq istəyən şəxslər 18 yaşından böyük olmalı və qeydiyyatdan keçməlidir.
Qaynar.info
Bizi sosial şəbəkələrdə izləyin !