Bu ölkədə məmurlara TikTok-dan istifadə qadağan ediləcək

Estoniyada məmurlara "TikTok”a hökumət cihazlarında istifadəyə məhdudiyyət qoymaq qərarına gəlib. Bu barədə Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Kristyan Yarvan deyib.
"Bu ay ərzində TikTok tətbiqi mərkəzləşmiş şəkildə idarə olunan telefonlardan silinəcək”, - Yarvan bildirib.
Bu qadağa hələlik TikTok tətbiqinə aiddir və şəxsi telefonlara aid deyil.
Bundan əvvəl Böyük Britaniya , Şotlandiyada, Yeni Zelandiyada və ABŞ-nin bir sıra ştatlarında hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə qadağan edilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 