Hindistanın cənubundakı Malappuram rayonunda hakimiyyət təhlükəli nipah virusunun aşkarlanması ilə əlaqədar maska taxma rejimi tətbiq edib. Bu barədə NDTV telekanalı məlumat yayıb.
Xüsusi rejim sentyabrın 9-da yerli xəstəxanaların birində 23 yaşlı tələbənin ölümündən sonra tələb edilib.
Onda virusun olması iki tədqiqat laboratoriyası tərəfindən təsdiqlənib.
Bölgədəki teatr və təhsil müəssisələrinin növbəti xəbərdarlığa qədər bağlanması tövsiyə olunub.
Həmçinin vətəndaşlara kütləvi toplaşmaların qadağan olunması və tədbirlər zamanı təhlükəsizlik tədbirlərinin qorunmasının vacibliyi barədə məlumat verilib.
İyulda nipah virusu Malappuram rayonunda da 14 yaşlı bir oğlanın həyatına son qoymuşdu. 2018 həmin virusun yayılması səbəbindən Hindistanın cənubunda 18 nəfər ölüb.
Nipah virusu bəzi heyvan növlərindən insanlara keçən son dərəcə öldürücü virusdur. Bu virus son illərdə bir çox ölkədə həyəcan verici epidemiyalara səbəb olub. Qızdırma, baş ağrısı, əzələ ağrısı və öskürək kimi qripə bənzər əlamətlər göstərən Nipah virusu, inkişaf etmiş mərhələlərdə başgicəllənmə kimi nevroloji simptomlara da səbəb olur. Yoluxmuş heyvanlar və insanlar arasında təmas yolu ilə ötürülən nipah virusunun dəqiq müalicəsi yoxdur və onun simptomlarını yüngülləşdirmək üçün maye dəstəyi və müntəzəm qidalanma proqramı tövsiyə olunur.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !