Bu rüsum ləğv edilə bilər

12:00 | 12.10.2014
Bu rüsum ləğv edilə bilər

Bu rüsum ləğv edilə bilər

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur.

Milli Məclisdən bildiriblər ki, “Dövlət rüsumu haqqında” qanun layihəsində müvafiq dəyişiklik Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bununla da Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsinin ləğvi təklif olunur.

Bundan başqa, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə dövlət rüsumunun ləğv edilməsi də təklif olunur. 

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM