“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz

12:30 | 25.06.2015
“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz

“Bu yerə çox böyük əziyyətlə gəlmişəm” - finala çıxan boksçumuz

"Əmimə söz vermişəm ki, finala çıxsam, sənə salamlar yollayacam” - 81 kq çəki dərəcəsində boks yarışı üzrə I Avropa Oyunlarında final mərhələsinə vəsiqə qazanan Teymur Məmmədov jurnalistlərə açıqlama verib. 

ANN.Az xəbər verir ki, idmançı final mərhələsinə çıxması barədə düşüncələrini jurnalistlərlə belə bölüşüb: "Oyun barəsində onu deyə bilərəm ki, rəqibim zəif deyildi. Oyunda məğlub olub, ya da qələbə qazandığımı bilmirdim. Birinci raundda vəziyyətin necə olduğundan xəbərsiz idim. Amma hər raundda qələbə qazanmaq istəyirdim. Finaldakı rəqibim haqqında da məlumatım yoxdur. İndiyə qədər görüşməmişik. İnşallah, hər şey yaxşı olar. Məndən əvvəl o döyüşürdü, ona görə də onun taktikalarına daha yaxından baxmaq şansım oldu”.

T.Məmmədov finala çıxmaqla bağlı xətrini çox istədiyi əmisinə vəd verdiyini deyib: "Ona söz vermişdim ki, finala çıxsam, ona salamlarımı göndərəcəm. İndi media vasitəsilə onu çox istədiyimi demək istəyirəm və salamlarımı göndərirəm.” 
 
 

ANN.Az-ın müxbiri ilə söhbətində gənc boksçü finalda qələbə qazanacağına inandığını deyib: "İnşallah, finalda qələbə qazanıb, qızıl medal qazanacam. Bu yerə çox böyük əziyyətlə gəlmişəm. Belə yarışlarda qalib gəlib çempion olmaq ayrı bir hissdir. Ümid edirəm qələbələrimizin sayı bundan sonra daha da çox olacaq”. 

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM