Bakıda Buzovna qəsəbəsindən Mərdəkan dairəsi istiqamətində təxminən 500-600 metrlik hissədə avtomobil yolunun böyük bir hissəsində qazıntı işləri həyata keçirilib.
"Azeryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, qeyd edilən ərazidə təmir işləri aparılır.
"Buzovna qəsəbəsindən Mərdəkan dairəsi istiqamətində yolun təxminən 500-600 metrlik hərəkət hissəsində yol yatağının müəyyən yerlərində təmir işəri həyata keçirilir. Bu işlərin yaxın zamanlarda yekunlaşması gözlənilir", - deyə şirkətdən bildirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !