Sabiq millət vəkili Etibar Hüseynov "Real tv"nin rəhbəri Mirşahin Ağayevin qalmaqallı statusuna sərt şəkildə reaksiya verib.
İnterpress.az xəbər verir ki, sabiq deputat Mirşahinin Azərbaycan xalqını təhqir etdiyini bildirib: "Zaman göstərdi ki, ötən iki il ərzində Mirşahin qətiyyən ağıllanmayıb. Və bu ağılın sahibinə də TV etibar eləmək, meymunun əlinə avtomat vermək kimi bir şeydir. Bunu yaddaşınızın yaxın küncünə fiksə eləyin. Buradan Miriyə trolluq eləyənlərə də üz tutub deyirəm: Əgər, Mirşahinin dediyi "sizin ana və bacılarınızı...sevəcəyəm" - söyüş deyilsə, onda bütün Bakı da sevsin Mirişin ana və bacısını...".
Qeyd edək ki, M. Ağayev efirdə olmadığı müddətdə ünvanına fikir səsləndirənlərin tez bir zamanda cavablarını alacaqları ikə xəbərdarlıq edib.
"Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə...sevəcəm!” - deyə, Mirşahin Ağayev qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !