"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə həsr olunan iclası zamanı bildirib.
"Ermənistan nəyi "humanitar problem" kimi göstərmək istəyir?! Bu bir provakasiya, məsuliyyətsiz siyasi kampaniyadir. Bu kampaniyanın məqsədi ölkəmin suverenliyini və ərazi bütövlüyünü pozmaqdır. Ermənistan 30 ildən çox BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyib",- deyə Yaşar Əliyev vurğulayıb.
O qeyd edib ki, humanitar yüklərin Qarabağ regionuna müxtəlif marşrutlarla çatdırılması mümkündür: " Ermənistan tərəfindən Ağdam- Xankəndi yolunda quraşdırılmış fiziki maneəler götürülməlidir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi yerli əhaliyə humanitar yardımı çatdıra bilsin".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !