Öz Facebook səhifəsində ingilis dilində yerləşdirdiyi emosional bəyanatında Soxiyev bildirib ki, həmişə istənilən formada olan münaqişələrə qarşı çıxış edir, amma indi onu əlindən gəlməyən seçim etməyə məcbur edirlər. Bununla belə Soxiyev rus hərbiçilərinin Ukraynadakı əməliyyatını dəstəkləyib dəstəkləmədiyini açıq bildirməyib.
"Mən həmişə Rusiya kimi zəngin mədəniyyətə malik bir ölkədən çıxmış dirijor olmağımla fəxr etmişəm. Həmçinin 2003-cü ildən Fransa musiqi həyatının bir hissəsi olmağımla da qürur duymuşam . Musiqinin gücü də məhz bundan ibarətdir. Musiqi bütün kontinentlərdən olan musiqisevərləri və musiqiçiləri birləşdirir, insanların ruhunu xilas edir və onların planetdə dinc yaşamasına ümid yaradır.
Son bir neçə gün ərzində yaşadıqlarımı heç vaxt hiss etməmişəm. Avropada məni mənim musiqi aləmimin birinin xeyrinə seçim etməyə məcbur edirlər.
Məni iki mədəniyyət ənənəsindən birini seçməyə məcbur edirlər.
Məni bir artisti digərindən üstün tutmağa məcbur edirlər.
Məni bir ifaçını o birindən artıq saymağa məcbur edirlər.
Bir azdan məndən tələb edəcəklər ki, Çaykovski, Stravinski, Şostakoviçlə Betxoven, Brams, Debyussi arasında seçim edim. Bu artıq Rusiya musiqisinin qadağan edildiyi Polşa və bir sıra Avropa ölkəsində baş verir.
Mən həmkarım olan dirijor, aktyor, ifaçı, rəqqas, rejissorların necə təhdidlərə, hörmətsiz münasibətə məruz qalmalarına sakit baxa bilmirəm. Yalnız biz musiqiçilərə istisna olaraq bu məşhur bəstəkarların musiqilərini ifa etməklə insanlığı qorumaq, onları bir-birinə qarşı xeyirxah etmək imkanı verilib. Biz Şostakoviçin musiqisi vasitəsilə İkinci dünya müharibəsi zamanında bəşəriyyətin yaşadığı dəhşətləri yada salırıq. Biz musiqiçilər sülh elçiləriyik. Bizdən və musiqimizdən millətləri və insanları birləşdirmək üçün istifadə etmək əvəzinə, Avropada bizi parçalamağa, bizi kənarlaşdırmağa çalışırlar.
Bütün yuxarıda deyilənlərə , sevimli Rusiya və sevimli Fransa musiqiçiləri arasında qeyri-mümkün seçim etmək qarşısında qalmağa məcbur olduğum üçün mən Moskva "Böyük Teatr"nın baş dirijoru vəzifəsindən getməyə qərar verdim. Həmçinin Tuluza Kapitoliyasının Milli orkestrinin rəhəbəri vəzifəsindən də istefa verirəm”, - Soxiyev Facebook səhifəsində yazıb.
Soxiyev Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqeyini açıq şəkildə bildirmək istəmədiyi üçün istefa verən və ya əməkdaşlığı dayandıran daha bir rus mədəniyyət xadimidir.
Bundan qabaq "Böyük teatr"-ın Londona qastrola hazırlaşan ifaçılarının Londondakı Covent Garden Kral teatrında çıxışları ləğv edilib. Valeri Gergiyev Münhen filarmoniyasının orkestrindən qovullub.
Bavariya Dövlət Operası isə həm Gergiev, həm də opera müğənnisi Anna Netrebko ilə münasibətlərini kəsib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !