Bununla bağlı Mariupol azərbaycanlıları cəmiyyətinin nümayəndəsi Ayxan Hacıbəyli sosial şəbəkədə məlumat verib.
O, bu işdə Y.Nağıyevə yardımçı olan şəxslərə təşəkkür edib.
Qeyd edək ki, Y.Nağıyevlə bağlı ilk məlumat 2018-ci il sentyabrın 19-da "0629” nəşrində yayımlanıb. O, göz yaşları içində insanlardan yardım istəyib. Bildirib ki, uzun müddət qaldığı evin sahibi vəfat edib. Həmin vaxt o, xəstəxanada idi. Evə qayıdanda isə qapı bağlı olub.
Yusif deyib ki, həmin evdə onun əşyaları və pulları qalıb. Ev sahibinin qızından isə həmin əşyaları götürə bilməyib. Beləcə, səfil həyatına başlayıb və 2018-ci ilin qışında don vurmuş ayağı amputasiya edilib.
56 yaşlı şəxs üç ali təhsili olduğunu deyib və əlavə edib ki, onun vətənində övladları, ikimərtəbəli evi və torpaq sahəsi var.
Bundan sonra, Azərbaycanın Kiyevdəki səfirliyi məsələyə qarışıb və onun vətənə qaytarılması üçün işlərə başlayıb.
Xatırladaq ki, o, Göyçay rayonunda doğulub və 1992-ci ildə işləmək üçün Mariupol şəhərinə gedib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !