Canavarlar kəndlərə hücum çəkdi – Bu rayon nəzarətə götürüldü

12:52 | 19.02.2019
Canavarlar kəndlərə hücum çəkdi – Bu rayon nəzarətə götürüldü

Canavarlar kəndlərə hücum çəkdi – Bu rayon nəzarətə götürüldü

Goranboy rayonunda canavarlar kəndə hücum edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a məlumat verilib.

Verilən məlumata görə, Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı nazirliyə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

ETSN-nin və "Azərovçu" İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM