Cəbhədə atışma

14:00 | 12.10.2014
Cəbhədə atışma

Cəbhədə atışma

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub. 

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. 

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM