Cəbrayılda sursat partlayıb, ANAMA əməkdaşı ölüb

11:31 | 21.06.2024
Cəbrayılda sursat partlayıb, ANAMA əməkdaşı ölüb

Cəbrayılda sursat partlayıb, ANAMA əməkdaşı ölüb

Cəbrayılda sursat partlayışı nəticəsində ANAMA əməkdaşı ölüb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
 
"İşğaldan azad edilmiş Cəbrayılda iyunun 21-də sursat partlayışı hadisəsi baş verib.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM