Jurnalistin bağçada yıxılan qızı aldığı xəsarətdən ölüb

09:58 | 27.09.2024
Jurnalistin bağçada yıxılan qızı aldığı xəsarətdən ölüb

Jurnalistin bağçada yıxılan qızı aldığı xəsarətdən ölüb

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı bağçada ehtyatsızlıqdan yıxılıb və xəstəxanada vəfat edib. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Belə ki, Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, ölüb. 

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb. 
 
Hadisənin Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids” adlı özəl uşaq bağçasında baş veridiyi bildirilir. 
 
TƏBİB-dən bildirilib ki, şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.
 
Baş Prokurorluqdan anews.az-a bildirilib ki, hazırda Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM