Cəbrayılın Soltanlı kəndində 6 min nəfərin yaşayacağı binalar tikiləcək - Səfir

14:26 | 03.07.2024
Cəbrayılın Soltanlı kəndində 6 min nəfərin yaşayacağı binalar tikiləcək - Səfir

Cəbrayılın Soltanlı kəndində 6 min nəfərin yaşayacağı binalar tikiləcək - Səfir

Cəbrayılın Soltanlı kəndində 6 min nəfərin yaşaya biləcəyi binalar tikiləcək. Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman reporta müsahibəsində deyib.  
 
"Hazırda diqqətimizi Soltanlının yenidən qurulmasına yönəldirik. Bu, mürəkkəb və irimiqyaslı layihədir, azad edilmiş ərazilərdə 6 minə yaxın insanın məskunlaşmasına imkan verəcək yaşayış binaları, həkim məntəqəsi və kommunal xidmətlər üçün məntəqələr tikiləcək”,-o qeyd edib.
 
Səfir söyləyib ki, Macarıstan Qarabağda su və çirkab sutəmizləyici qurğuların yenidən qurulması ilə bağlı layihələrdə də iştirak etməyə maraqlıdır.  
 
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 

Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
 
Gülnar Nazimqızı 



 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb