• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusu üçün hərbi pilotların hazırlığı mərkəzinin açılışı olub

Azərbaycan ordusu üçün hərbi pilotların hazırlığı mərkəzinin açılışı olub
21.09.2015 16:53
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsinə dair tapşırığına əsasən pilotlarının hazırlığı mərkəzinin açılışı olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Yeni mərkəzin açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov əvvəlcə Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzinə gələrək idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub.

Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi məqsədini daşıyır.
Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.

Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda, cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.

Mərkəzdə ixtisaslı mütəxəssislər tərəfindən hazırlanan gənc pilotlarla görüşən müdafiə naziri xüsusi qeyd edib ki, silahlanmada kifayət qədər döyüş aviasiyasına malik olan Silahlı Qüvvələrimiz Ali Baş Komandan tərəfindən verilən istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.

General-polkovnik Zakir Həsənov döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara da baxıb. Nazir bu işin davam etdirilməsi ilə bağlı müvafiq tapşırığlarını verib.

Sonra nazirliyin rəhbər heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair tapşırığına əsasən, uçuş və texniki heyəti üçün yeni inşa edilən müasir yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksinə gələrək burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri zəruri infrastrukturla yanaşı, ailəli hərbi qulluqçular üçün nəzərdə tutulan və inşası davam etdirilən hər biri 50 mənzilli müasir tipli üç binada aparılan tikinti işlərinin gedişatını yoxlayıb. General-polkovnik Zakir Həsənov tikintinin qısa müddətdə sona çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol