• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlarda qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirildi

Rayonlarda qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirildi
15.10.2015 12:19

Quba, Xaçmaz və Masallı rayonlarında qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyası keçirilib. 
Kampaniya "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində reallaşıb.

Qubanın Qımılqışlaq bələdiyyəsində, Xaçmazın Turizm və İnformasiya Mərkəzində, Masallı şəhər 3 saylı orta məktəbdə keçirilən kampaniyaya adıçəkilən rayonların əksər kəndlərindən nümayəndələr qatılıblar. 
 
QLUİB-in sədri, layihənin koordinatoru Ülkər Abdullayeva son dövrlərdə respublikamızda qız uşaqlarının təhsildən erkən ayrılması hallarının artdığını, bunun erkən yaşda nikaha girmə sayının da artmasına təsir göstərdiyini bildirib. Layihə çərçivəsində keçirilən sorğuların nəticələrinə əsasən, adıçəkilən rayonlarda və Bakı kəndlərində son dövrlərdə bu problemin genişlənməkdə olduğunu deyib. Layihənin məqsədləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qız uşaqları üçün təhsilin vacib tərəflərini izah edib, bu sahədə hüquqları, yerli qanunvericiliyin, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələblərini iştirakçıların diqqətinə çatdırıb.     

Sözügedən hər üç rayonun məsul şəxsləri tərəfindən qızların təhsildən erkən ayrılması probleminin son illərdə artdığı, icra hakimiyyətləri, təhsil şöbələri və məktəb rəhbərliyi tərəfindən bunun qarşısının alınması üçün müvafiq işlərin görüldüyü bildirilib. Lakin qeyd olunub ki, sözügedən problemin qarşısının alınması üçün respublika ictimaiyyəti həyəcan təbili çalmalı, ciddi maarifləndirmə kampaniyaları keçirilməli, uşaqların təhsil hüquqlarını məhdudlaşdıran amillər aradan qaldırılmalı, valideynlərlə fərdi və qruplar şəklində görüşlər keçirilməli, onlara qız uşaqlarının təhsildən erkən ayrılmasının doğuracağı fəsadlar, qanunvericiliyin tələbləri izah edilməlidir. Eyni zamanda problemin qarşısının alınması üçün müvafiq qanunvericiliyin tələbləri yerinə yetirilməli, qızların icbari təhsildən erkən ayrılmasının qarşısı bütün mümkün vasitələrlə alınmalıdır.

Maarifləndirmə kampaniyasında Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, Quba Rayon İcra Hakimiyyətinin İcitimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva, DİP-in qadın və gənclərlə iş üzrə proqram direktoru Nərmin Şamilova, gənc rejissor Xəzər  Həmzə və digər şəxslər yaxından iştirak ediblər. 
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol